Əməkdar jurnalist Nizami Məmmədzadənin Milli Mətbuat və Jurnalistika Gününə həsr etdiyi məqaləsi dərc edilib
Azərbaycan Respublikasının Əməkdar jurnalisti, GAXA.ge saytının rəhbəri Nizami Məmmədzadənin Azərbaycanda nəşr olunan "Kredo" qəzetinin N29 (1159) 26 iyul 2023-cü il tarixli sayında Milli Mətbuat və Jurnalistika Gününə həsr etdiyi "Mənim sevdiyim jurnalistika, əzmkarlıq və sənətkarlıq" adlı məqaləsi dərc edilib. Bu kimi məqalələrlə müəllif "Kredo" qəzetində müntəzəm olaraq çıxış edir. Onun indiyədək görkəmli jurnalist Əlirza Xələflinin rəhbərliyi ilə nəşr olunan həmin qəzetdə dəfələrlə müxtəlif mövzularda yazıları, poeziya nümunələri dərc olunub. Əməkdar jurnalist Nizami Məmmədzadə buna görə şair, jurnalist və cəsarətli publisist, neçə-neçə məna dolu kitabların müəllifi, qəzetin baş redaktoru Əlirza Xələfli müəllimə ürəkdən gələn təşəkkürünü bildirir.
"Çoxhörmətli Əlirza müəllim! Sizə jurnalistikamıza aid ürək sözlərimdən yaranan "Mənim sevdiyim jurnalistika, əzmkarlıq və sənətkarlıq" adlı məqaləmi rəhbərliyinizlə nəşr edilən "Kredo" qəzetində dərc etdiyiniz üçün böyük təşəkkürümü bildirirəm. Sizin təqdirəlayiq diqqətiniz mənim qələmimi jurnalistika sahəsində daha da gücləndirir və dövrün tələbinə uyğun mənalı məqalələr yazmağa çalışır, ən başlıcası isə həmişə sevə-sevə nəşrini gözlədiyim "KREDO" qəzetində dərc olunduğuna görə həmişə sevinirəm! Var olun, Sizə böyük uğurlar arzulayıram!
"Kredo" qəzetinin N29 (1159) 26 iyul 2023-cü il tarixli sayında oxuyun:
1-3. Yaşın çiçək çağı. Ə.Xələfli
2. Sənətkara hörmət, sənətə məhəbbətlə
"Ədəbi tənqidimizin Vaqifi" kitabı. Gülnar Səma
Mənim sevdiyim jurnalistika, əzmkarlıq və sənətkarlıq. Nizami Məmmədzadə
5. Xələflinin "Mirzəlik" missiyası. Vüqar Əhməd
Əli Rzanın yovşan ətri. İsmayıl Kazımov
6. Məktəbəqədər uşaqların tərbiyəsində mühüm amil. Yusif Qazıyev
7-15. Daim axtarışda olan nəcib, yaradıcı insan. Ələddin Allahverdiyev
8-9. Təbiət hadisəsi "Gəyən əfsanəsi"ndə. Qulu Məhərrəmli
10-11. Ədalət Salmanın poetik məramı. Şəddat Cəfərov
12. Onu görmək ümidi cənnətə qaldı... Sevindik Nəsiboğlu
13-14-16. "Nə qədər söz var". Mahmud Allahmanlı
15. Azərbaycan nağıllarında xalça motivi. Şakit Albalıyev
16. Alim anıldı. Müşfiq Çobanlı
Millətin işığı. Əli Rza
Sizə dərin hörmətlə, Nizami Məmmədzadə,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti
GAXA.ge