Tbilisidə xarici ölkə vətəndaşı olan qadının bir neçə kişi tərəfindən zorlandığı iddia edilib

Gürcüstan paytaxtında xarici ölkə vətəndaşı olan qadının bir neçə kişi tərəfindən zorlandığı iddia edilib. “Safari” adlanan qeyri-hökumət təşkilatının məlumatına görə, hadisə iyulun 8-də baş verib. Tbilisidə bir neçə kişi əcnəbi qadına təcavüz edib. Təşkilatın məlumatına görə, cinayəti törədənlər ona az miqdarda içki ilə yanaşı narkotik maddə də veriblər.

“Qadın hadisə zamanı və sonrakı 12 saat ərzində huşsuz vəziyyətdə olub. Cinayəti törədən şəxslərin qəsdən ona az miqdarda içki ilə yanaşı narkotik maddə də verdiyi iddia edilir”, - deyə təşkilatın bəyanatında bildirilir.

Məlumata görə, zorlama hadisəsinin şahidi, zərərçəkənin dostu olub və o, hadisə yerinə polis çağırıb.

GAXA.ge