Gürcü akademik: - Ermənilər ya Aya uçacaqlar, ya da məcbur olub bizimlə birgə sülh şəraitində yaşayacaqlar
“Bir vaxt gələcək
ermənilər başa düşəcəklər ki, daha Qafqazda onların düşündüyü prinsiplərlə
yaşamaq mümkün deyil. Əgər belə olmazsa, onlar ya Aya uçacaqlar, ya da məcbur
olub bizimlə birgə sülh şəraitində yaşayacaqlar.” Bu sözləri təxminən üç il
bundan əvvəl rəhmətlik gürcü akademik Mixail Kurdiani söyləmişdi. Onun söylədiklərinə
görə, 35 000 ermənini Gürcüstanın Cavaxetiya regionuna rus generalı Patskeviç tərəfindən
köçürüldüyü dünyaya bəllidir.”
Gürcü akademik,
tarixçi Zurab Papaskiri isə bildirib ki, Ermənistan bir az Türkiyədən, bir az
Gürcüstandan və Azərbaycandan torpaqlar qopararaq ölkə qurdu. “Onlara bu
yaşamaq demək idi. Ermənistanın dövlətçiliyi faktiki olaraq XI əsrdə də
olmayıb. Azərbaycanda bu dövrdə
xanlıqlar mövcud idi. Qarabağ xanlığı, Gəncə xanlığı, İrəvan xanlığı var idi.
Bu xanlıqlarda təhsil inkişaf etmişdi. Bütün bunları düşündükdə belə qənaətə gəlirik
ki, faktiki olaraq Ermənistan dövləti süni yaradılıb.”
Gürcü akademik
Mixail Kurdiani: “Çox təəssüf ki, Qafqaz əsrlər boyu soyqırımlar ölkəsi olub.
Burada əhalinin deportasiyası yox, məhv edilməsi prosesi baş verib. Burada elə
qorxunc hadisələr baş verib ki, bu bütün xalqlara aiddir. Boynumuza almalıyıq
ki, bizim şimal qonşumuz ortaya çıxandan bəri bizim başımıza hər cür oyun gətirdi.
Mən demək istəyirəm ki, soyqırım faktı ortadadır. Lakin “soyqırım” sözü XX əsrin
40-cı illərdə hüquqi termin kimi başa düşülüb. Ona qədər bu qorxunc hadisələr
soyqırım adlanmırdı. Çeçenlərin, çərkəzlərin, və 1918-ci il Mart hadisələri azərbaycanlıların
başına gətirilənlər soyqırım kimi təqdim olunmurdu.”
Akademikin sözlərinə
görə, dəhşətli Xocalı hadisəsi əsl soyqırımdır. “Düşünürəm ki, dəhşətli Xocalı
hadisələri zaman gələcək öz hüquqi qiymətini alacaq. Mən Xocalı haqqında filmə
baxdım. Elə hesab etdim ki, orada öldürülənlər mənim yaxın qohumlarım,
yaxınlarım və mənim ailəmdir. Keçən əsrin ilk illərində gürcüləri, azərbaycanlıları,
çeçenləri və çərkəzləri fiziki güclə məhv edirdilər. Biz 18-ci illərin
soyqırımlarını fotolarda görmüşük. Lakin Xocalını mən öz gözlərimlə gördüm. Bu
çox dəhşətli sənəddir. Ümid edirəm ki, bu soyqırım Qafqazda axırıncı olacaq.
Hazırda
Cavaxetiya bölgəsində ermənilər Məhsəti türklərinin tarixi yurd-yuvalarına
sahib çıxıblar. Təsəvvür edin ki, qovulmuş xalq məhv olur, evlərinə gələ bilmir
və müxtəlif ərazilərdə yaşayırlar. Çox sevindirici haldır ki, Azərbaycan onları
evsiz-eşiksiz qoymadı, onlara istənilən sığınacaq verdi. Bu gün Məhsəti türklərinin
öz hüquqlarını tələb etməyə haqları var. Bu deportasiya da soyqırımın bir
formasıdır. Arzu edirəm ki, bizim yaşadığımız əsrdə bir də nə deportasiya, nə də
soyqırım baş versin.”
Akademik Mixail
Kurdiani qeyd edib ki, ən vacibi odur ki, gürcülər və azərbaycanlılar həmişə öz
dövlətlərində və torpaqlarında yaşayıblar. “Bizim dövlətçilik ənənəmiz və
mentalitetimiz var. Biz sərhədlərimizi və hansı ölkənin vətəndaşı olduğumuzu
yaxşı bilirik. Lakin ermənilərin dövlətçiliyi elə əvvəldən də olmayıb. Onlar
harada diaspora kimi yaşayıblarsa, oranı “özününküləşdirmək” və bu yerlərə
sahib çıxaraq onu monoetikləşdirmək kimi üsullardan əl çəkmir və çalışıb canfəşanlıq
edirlər ki, bu torpaqlar onların tarixi vətənləridir. Düşünürəm ki, vaxt gələcək
onlar da başa düşəcəklər ki, daha Qafqazda belə prinsiplərlə yaşamaq mümkün
deyil. Əgər belə olmazsa, onlar ya Aya uçacaqlar, ya da məcbur olub bizimlə
birgə sülh şəraitində yaşayacaqlar.”
Bu sözləri mən
yazmamışam, hər kəlmə iki nəfər gürcü akademikin dilindən çıxıb.
Nizami Məmmədzadə,
Əməkdar jurnalist