Tiflisdə keçirilən konfransda "Zaqatala idman tarixi" ənənələrindən bəhs edən məruzə dinlənilib
İyunun 15-də Gürcüstan Dövlət Bədən Tərbiyəsi və İdman Universitetində tələbə konfransı keçirilmiş, həmin universitetin tələbələri məruzələrlə çıxış etmişlər. Tələbə konfransında məruzə ilə ilk olaraq tələbə İzzət Ramazanov çıxış edib. O, Zaqatala rayonunun Əliabad kəndindəndir və həmin universitetin Bədən Tərbiyəsi və İdman fakültəsində təhsil alır. İzzət Ramazanov “Əliabad kəndinin timsalında Zaqatala idmanının tarixi” məruzəsində doğulduğu ərazinin idman ənənələrini öyrənməyə çalışmış və gürcü idman reallığını təmsil edən məşhur peşəkar gürcü idmançıları haqqında ilk dəfə məlumat toplamışdır. Ümid edirəm ki, İzzət Ramazanov bu araşdırmanı davam etdirəcək və gələcəkdə gürcü cəmiyyəti Azərbaycanda fəaliyyət göstərən qədim və müasir idmançıları daha yaxından tanıyacaq.
Təəssüf ki, son illərdə Zaqatalada fəaliyyət göstərən gürcü idmançılarının çoxlu uğurlarına baxmayaraq, bu mövzu gürcü idman mediasının diqqətindən kənarda qalır və buna düzəliş edilməlidir.
Serqo Kereselidze, araşdırmaçı jurnalist
GAXA.ge