Tbilisi meriyasının gənclər üçün yay proqramlarına qeydiyyat iyunun 15-dən başlayacaq
"Sağlam həyat tərzini təbliğ etmək üçün gənclər üçün genişmiqyaslı yay proqramları yenilənəcək, qeydiyyatı iyunun 15-dən başlayacaq". GAXA-nın məlumatına görə, bu barədə paytaxt meri Kaxa Kaladze Tbilisi bələdiyyəsinin iclasında bildirib. Onun sözlərinə görə, yay proqramlarında paytaxtda yaşayan 18-29 yaşlı gənclər iştirak edə biləcək.
“Mən cəmiyyəti, xüsusən də gəncləri mühüm proqramla bağlı məlumatlandırmaq istəyirəm. Sağlam həyat tərzinin təbliği və onun tətbiqi keçmiş həyatıma əsaslanan prioritet istiqamətlərdən biridir. Hər kəs peşəkar idmançı olmaq məcburiyyətində deyil, amma sağlam həyat tərzi keçirmək vacibdir. Biz bu istiqaməti hər zaman dəstəkləyəcəyik. 2023-cü ilin yay proqramlarına 5 minə yaxın gənc cəlb olunacaq. Bu, Tbilisidə yaşayan 18-29 yaşlı gənclərə aiddir və onlar müxtəlif idman tədbirlərində iştirak etmək imkanı əldə edəcəklər. "İştirakçılar nəqliyyat, yemək, avadanlıq və ixtisaslı təlimatçıların xidmətləri ilə təmin olunacaqlar", - deyə Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, proqramlara qeydiyyat iyunun 25-də başa çatacaq.
GAXA.ge