Marneulidən olan veteran cüdoçular Avropa çempionatında uğurla çıxış ediblər

Marneulidən olan veteran cüdoçular Avropa çempionatında uğurla çıxış ediblər. GAXA-nın məlumatına görə, bu barədə Marneuli meriyası məlumat yayıb. Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, şəhər şurasının sədri Amiran Qiorqadze, bələdiyyə sədrinin birinci müavini Roin Dekanoidze, ailə üzvləri və azarkeşlər veteran cüdoçular arasında keçirilən Avropa çempionatından qayıdan cüdoçuları hava limanında qazandıqları uğurlar münasibətilə təbrik ediblər.

“Bu il iyunun 6-11-də Sloveniyanın Podçertrek şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatında Marneuladan olan Sandro Yakobaşvili və Qiqla Tsifiani birinci yeri tutublar.

GAXA.ge