Gürcüstan regionlar üçün 154 yeni avtobus alacaq

"154 yeni avtobus almaq qərarına gəldik, bunun üçün 53 milyon lari ödəyəcəyik. Bunlar regionlarda yaşayan əhaliyə xidmət göstərəcək Avro 5 standartlı müasir 8 metrlik “Isuzu” avtobusları olacaq”. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.
Baş nazirin sözlərinə görə, yeni avtobusların alınması nəqliyyatı daha da rahatlaşdıracaq.
“Mən daha bir mühüm müsbət xəbəri əhalimizə, xüsusən də regionlarda yaşayan əhalimizə çatdırmaq istəyirəm. 154 yeni avtobus almaq qərarına gəldik, bunun üçün 53 milyon lari ödəyəcəyik. Bunlar regionlarda yaşayan əhaliyə xidmət göstərəcək 8 metrlik “İsuzu” markalı müasir, Avro 5 standartlı avtobuslar olacaq. Bilirsiniz ki, bu illər ərzində mövcud şəhərdaxili nəqliyyatda problemlər yaranıb və ona görə də bu proses davam edir. İnsanlarımızın gediş-gəlişini daha da rahat etmək üçün əlavə avtobuslar almağa hazırlaşırıq”, - deyə İrakli Qaribaşvili bildirib.
GAXA.ge