İraklii Qaribaşvili Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib

Gürcüstanın baş naziri İraklii Qaribaşvili Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib. GAXA-nın məlumatına görə, andiçmə mərasimi Ankarada Türkiyə Cümhuriyyəti Prezident sarayında baş tutub.
Rəcəb Tayyib Ərdoğan tədbirin qonaqları qarşısında çıxış edib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan andiçmə mərasimindən sonra Çankaya sarayında yüksək səviyyəli qonaqları şam yeməyində qəbul edib.
İnauqurasiya mərasimində dövlət başçıları, baş nazirlər, yüksək səviyyəli nümayəndə heyətləri və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla 100-ə qədər ölkə nümayəndəsi iştirak edib.
GAXA.ge