Rəcəb Tayyib Ərdoğan and içib

Türkiyədə mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn Rəcəb Tayyib Ərdoğan and içib. Andiçmə mərasimi Ankarada parlament binasında keçirilib. Andiçmə mərasimində 78 ölkənin nümayəndəsi iştirak edib. O cümlədən 20 ölkənin prezidenti və ya baş naziri andiçmə mərasimində iştirak edib. Tədbirdə bir çox dünya liderləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, NATO baş katibi Yens Stoltenberq və digər dövlət və hökumət başçıları iştirakı ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan andiçmə mərasimində çıxışı zamanı “Əziz qardaşım İlham Əliyevə bir daha xoş gəldiniz deyirəm”,-deyib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan üçüncü dəfə Türkiyə prezidenti seçilib.

GAXA.ge