Tiflisdə aksiya keçirilir

“Milli Hərəkat”ın üzvləri və tərəfdarları “Vivamed” klinikasının qarşısında aksiya təşkil edərək, eks-prezident Mixail Saakaşvilinin azadlığa buraxılmasını tələb edirlər. GAXA-nın məlumatına görə, aksiya iştirakçılarının əllərində Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqları və “Mişaya azadlıq” şüarı yazılmış plakatlar var.

Mitinqdə partiyanın sədri Levan Xabeişvili iştirak edir.

GAXA.ge