Prezident seçildi Azərbaycana!

Prezident seçildi Azərbaycana! Açın qapısını siz ürəklərin, Sevincin sədası dolsun qoy cana. Dostlar, təbrik edək xalqımı bu gün, Prezident seçildi Azərbaycana! Könül təranəsi ötsün ürəkdən, Tükənməz sinəsi arzu-diləkdən, Hər sözü, kəlməsi, yolu İpəkdən – Prezident seçildi Azərbaycana! Gələcək zamanın güləcək üzü, Uca kürsülərdən deyəcək sözü, İnamın dayağı, İlhamın özü – Prezident seçildi Azərbaycana! Aləmə car edək, ucalaq yenə, Səsimiz qarışsın haqqın səsinə, Yığışın bayramın təntənəsinə – Prezident seçildi Azərbaycana! Heydər babamızın arzu-diləyi, Onun vuran qolu, güclü biləyi, İlhamdır xalqımın xoş gələcəyi – Prezident seçildi Azərbaycana! Nizami Məmmədzadə, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti