Yaxın günlərdə Gürcüstanda yağıntı gözlənilir

Yaxın günlərdə Gürcüstanda yağıntı gözlənilir. GAXA-nın məlumatına görə, Milli Ətraf Mühit Agentliyi bildirib ki, fevralın 6-dan Şərqi Gürcüstanda və fevralın 7-dən Qərbi Gürcüstanda fevralın 8-i səhərədək dağlıq və yüksək dağlıq ərazilərdə güclü qar, duman və qar fırtınası, dənizdə 3-4 bal gücündə tufan dalğası gözlənilir, yollarda buz bağlaması, dağlıq rayonlarda uçqun təhlükəsi var.

“Güclü qar yağması, görmə məsafəsinin pisləşməsi, qar fırtınası, buz bağlaması və uçqun təhlükəsi ilə əlaqədar yolların bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər”, - deyə məlumatda bildirilir.

GAXA.ge