Bu gün “Milli Hərəkat”ın qurultayı keçirilib

Milli Hərəkat Partiyasının mərkəzi ofisində qurultay keçirilib. GAXA-nın məlumatına görə, tədbirdə partiyada keçirilən seçkilərdən sonra yeni seçilmiş sədr Levan Xabeişvili çıxış edib. O, artıq partiya sədrliyinə rəsmən təsdiq olunub. Levan Xabeişvili komanda üzvləri qarşısında çıxış edərək planını təqdim edib..
L. Xabeişvili çıxışında bildirib ki, "İtirəcək bir saniyəmiz də yoxdur, “Milli Hərəkat” və onun yaradıcısı Mixail Saakaşvili ölkəmizin Avropa gələcəyi ilə bağlıdır." Vədə uyğun olaraq, yaxın vaxtlarda bölgələrdə “Vahid Milli Hərəkat”ın ofislərinin açılmasına başlayacağıq, artıq Mixail Saakaşvilinin azadlığa buraxılması üçün qərargah yaratmışıq, ona Giorgi Çaladze rəhbərlik edəcək.

Bugünkü toplantıda rayon təşkilatlarının rəhbərləri, partiya üzvləri və nümayəndələri iştirak ediblər. 
Yaxın vaxtlarda Tiflis “Vahid Milli Hərəkatının” yeni ofisi olacaq, paytaxtda Tiflis konfransı keçirəcəyik, partiya rəhbərlərini seçəcəyik, gənclər təşkilatının formalaşmasına başlayacağıq, gənclərin qurultayını keçirəcəyik, gənclərin müstəqil məkanı olacaq.
Ofis və qərargahların açılması ilə eyni vaxtda biz regional və rayon konfranslarına hazırlaşmağa başlayacağıq. Boşa keçirməyə bir anımız yoxdur. Biz 24 saatlıq rejimdə aktiv, fasiləsiz işə başlayırıq”, - Levan Xabeişvili deyib.

Məlumat üçün bildirək ki, yanvarın 28-29-da keçirilən seçkilər nəticəsində Levan Xabeişvili Milli Hərəkatın sədri olub. O, səslərin 52,58 faizini qazanıb. Digər namizədlərə gəlincə, Nika Melia 40 faiz, Giorgi Mumladze 3,68 faiz, Nona Mamulaşvili 3,73 faiz səs toplayıb.
GAXA.ge