Gürcüstan paytaxtında Dmanisinin Oruzman kənd məktəbində oxuyan 11 yaşlı şagirdin rəssamlıq sərgisi keçirilib

Məlumata görə, sərgi Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində baş tutub. GAXA-nın məlumatına görə, tədbir Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü ilə keçirilib. Sərgidə 11 yaşlı gənc rəssam Rəvan Nəbiyevin 30-a qədər ilk əl işləri nümayiş etdirilib. Tədbirdə qatılan Azərbaycanın Gürcüstandankı səfiri Faiq Quliyev 11 yaşlı məktəblinin rəssamlıq yaradıcılığına yüksək qiymət verib, onun yaradıcılığı haqqında xoş sözlər səsləndirib, uğurlar arzulayıb. Səfir Faiq Quliyev gənc rəssama kompüter hədiyyə edib. Sonra tədbirin təşkilatçıları tərəfindən gənc rəssama müxtəlif diplom və sertifikatlar tədim edilib.

Tədbirdə iştirak edən Azərbaycan səfirliyinin rəsmi şəxsləri, müəllim və məktəblilər, azərbaycan və gürcü ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, həmçinin müxtəlif qonaqlar sərgilənən rəsm əsərlərinə maraqla baxıblar.

Tədbirdə digər çıxış edən ictimaiyyət adamları da gənc rəssamın istedadından danışaraq, ona uğurlar arzulayıblar.

GAXA.ge