SOCAR-ın baş ofisində Gürcüstanın dövlət ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbə gənclərlə görüş keçirilib
Yeni
il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Azərbaycan
Respublikasının Gürcüstandakı Səfirliyinin və SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin
birgə təşkilatçılığı ilə SOCAR-ın baş ofisində Gürcüstanın dövlət ali təhsil müəssisələrində
təhsil alan soydaşlarımızın iştirakı ilə tədbir təşkil edilib. GAXA-nın
məlumatına görə, bu barədə səfirlikdən bildirilib. Tədbirdə Azərbaycan
Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və
SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov çıxış edərək gənc
soydaşlarımızı təbrik ediblər.
Eyni zamanda, tədbirdə “1+4” proqramı çərçivəsində
Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan və tədris ili ərzində tam
100 bal toplayan 1 nəfər tələbəyə 2000 lari, orta balı 95 baldan yüksək olan 16
nəfər tələbəyə 1500 lari və 10 nəfər tələbəyə 500 lari məbləğində mükafat təqdim
edilib.
Bununla yanaşı, tələbə gənclərlə görüş zamanı “1+4”
proqramı çərçivəsində SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin həyata keçirdiyi
təqaüd layihəsinin optimallaşdırılması məsələləri və tələbələri maraqlandıran
digər suallar müzakirə edilib, həmçinin sənəd qəbulunun avtomatlaşdırılması məqsədilə
yeni yaradılmış tələbə portalı təqdim edilib, portalın məqsədi və
funksionallığı nümayiş etdirilib.
GAXA.ge

