Azərbaycan sülh müqaviləsi layihəsini Ermənistana verib

İlin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu keçirilməlidir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. GAXA-nın məlumatına görə, bu barədə Report.az məlumat yayıb.
Bayramov bu barədə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra bildirib. Azərbaycanlı nazirin sözlərinə görə, sülh sazişinin layihəsi artıq Ermənistan tərəfinə göndərilib.

İki ölkə arasında sülh müqaviləsinin imzalanması prosesində ən çətin məsələlərdən biri Dağlıq Qarabağın statusu, eləcə də iki ölkə arasında sərhədlərin delimitasiyası prosesidir.
GAXA.ge