Yaxın günlərdə hava necə olacaq?

Milli Ətraf Mühit Agentliyi gözlənilən hava ilə bağlı məlumat dərc edib. GAXA-nın məlumatına görə, hazırda Marneulidə qar yağır. Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, dekabrın 5-6-da Qərbi Gürcüstanda bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı, dekabrın 7-8-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Aran rayonlarında havanın temperaturu gündüz +12, +17 dərəcəyədək yüksələcək.

Şərqi Gürcüstanda dekabrın 8-dək soyuq, buludlu, dumanlı, bəzən qarlı hava şəraiti davam edəcək.  Dekabrın 8-də hava günəşli olacaq, gündüz temperatur +8 dərəcəyədək yüksələcək.
GAXA.ge