İranda əxlaq polisi ləğv edilib
İran hakimiyyəti əxlaq polisini ləğv etmək qərarına gəlib. GAXA-nın məlumatına görə, bu barədə “Arab News” agentliyi ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayıb. “İranın Baş Prokurorluğu əxlaq polisinin ləğvi barədə məlumat verib”, – agentlik bildirib.
İranın baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə
görə, “əxlaq polisi İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi
olmadığı üçün ləğv edilib”.
Qeyd edək ki, daha öncə İranın hüquq orqanlarının
qadınlar üçün hicabın məcburi geyinilməsi ilə bağlı qaydaların dəyişdirilməsini
nəzərdən keçirdiyi bildirilib.
GAXA.ge