Tiflisdə patrul polisinin ekipajı ilə avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Qabriel Salosi prospektində yol-nəqliyyat hadisəsi baş verib. GAXA-nın məlumatına görə, patrul heyəti və yüngül avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Məlumata görə, hər üç yaralının vəziyyəti ağırdır. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən klinikaya aparılıb.
Hadisə ilə bağlı digər təfərrüatlar məlum deyil.
GAXA.ge