Nona Qaprindaşvili 65 yaşdan yuxarı şahmatçılar arasında keçirilən oyunda səkkizinci dəfə dünya çempionatının qalibi olub
Şahmat dünyasının əfsanəsi gürcüstanlı Nona Qaprindaşvili İtaliyada 65 yaşdan yuxarı şahmatçılar arasında keçirilən şahmat üzrə səkkizinci dəfə dünya çempionatının qalibi olub. GAXA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Şahmat Federasiyası tərəfindən məlumat verilib. Məlumatda qeyd olunub ki, əfsanəvi şahmatçı İtaliyada veteran şahmatçılar arasında növbəti dəfə dünya çempionu adına layiq görülüb.
Xatırladaq ki, Gürcüstanın şahmat əfsanəsi Nona Qaprindaşvili on bir şahmat olimpiadasının qalibi və klassik şahmat üzrə beşqat dünya çempionudur.
GAXA.ge