Marneuli bələdiyyəsində yeni sosial xidmət istifadəyə verilib

Marneulidə qeydiyyatda olan xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün yeni sosial xidmət istifadəyə verilib. Proqram çərçivəsində bələdiyyə ərazisində yaşayan xüsusi qayğıya ehtiyacı olan şəxslər bələdiyyə nəqliyyatından pulsuz istifadə edəcəklər.

Marneuli bələdiyyəsi merinin müavini Temur Şubitidze ictimai kitabxananın zalında benefisiarlar üçün qeyd olunan proqramın təqdimatını keçirib.

Tədbirdə Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov, Şəhər Şurasının sədri Amiran Qiorqadze, onların müavinləri, Meriya və Şəhər Şurasının struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, birinci mərhələ üçün 110 kart hazırlanıb, paralel rejimdə əlavə kartlar hazırlanır. Hələ nəqliyyat vəsiqəsi almamış xüsusi qayğıya ehtiyacı olan şəxslər Bələdiyyə Zalına müraciət edə bilərlər.

Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov “Xüsusi ehtiyacı olan insanlara qayğı göstərmək və onların sosial mühitə uyğunlaşmasını təşviq etmək bizim bilavasitə borcumuzdur”.
GAXA.ge