Polşada “Rusiya raketləri”nin düşdüyünü deyən jurnalist işindən azad edilib

"Assoşiated Press” (AP) Polşada “Rusiya raketləri”nin düşdüyünü deyən jurnalisti işindən azad edib. GAXA-nın mətbuata istinadən məlumatına görə,  "Assoşiated Press”  Agentliyinin jurnalisti  Ceyms Laporta "Rusiya raketləri"nin Polşaya düşməsi ilə bağlı məlumat verəndən sonra xəbərin saxta olduğu ortaya çıxıb. Məlumata görə, bu barədə “The Washington Post” nəşri mənbələrə istinadən məlumat yayıb.

Xatırladaq ki, noyabrın 15-də Ukrayna sərhədi yaxınlığındakı Polşanın Pşevoduv kəndi yaxınlığında baş verən partlayışdan bir müddət sonra AP Amerika kəşfiyyatının yüksək rütbəli nümayəndəsinə istinadən nota yayıb. O, bəyan edib ki, Rusiya raketləri guya NATO üzvü olan Polşa ərazisini keçib və iki nəfər həlak olub. Bu məlumatı digər KİV-lərin də yaydığı qeyd edilir.

Ertəsi gün AP əvvəllər verilən məlumatların reallığa uyğun gəlmədiyini etiraf edib. “Assoşiated Press Agentliyi anonimlik şərti ilə Rusiya raketlərinin Polşa ərazisini keçərək iki nəfəri öldürdüyünü deyən Amerika kəşfiyyatının yüksək rütbəli nümayəndəsinin məlumatlarına əsaslanaraq səhv məlumat yayıb. Qeyd edilən mesajlar göstərirdi ki, raketlər Rusiya tərəfindən istehsal edilib və çox güman ki, Rusiyadan qorunmaq üçün Ukrayna tərəfindən buraxılıb”, – yenilənmiş materialda deyilib.
GAXA.ge