Rustavidəki Leonidze parkında kişi meyiti tapılıb

Rustavidəki Leonidze küçəsindəki meydanda olan anbarda şəxsiyyəti hələ açıqlanmayan kişi  meyiti tapılıb. GAXA-nın “İnforustavi”yə istinadən məlumatına görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub, əməliyyat-axtarış tədbirləri davam etdirilir. Gürcüstan daxili işlər nazirliyi hadisə barədə əlavə məlumat verməyib.
GAXA.ge