Marneulidə Əməkdar idman ustası Tengiz Naveriani adına cüdo üzrə Gürcüstan çempionatı keçirilib

Marneuli bələdiyyəsində Əməkdar idman ustası Tengiz Naveriani adına cüdo üzrə klublararası Gürcüstan çempionatı keçirilib. GAXA-nın məlumatına görə, turnirdə Gürcüstanın müxtəlif bələdiyyə və regionlarından iyirmi bir komanda iştirak edib və hər komanda 2006-2008-ci il təvəllüdlü idmançılardan təşkil olunub.

“Yarış beş çəki dərəcəsində keçirilib. “Olimpi” komandası turnirin çempionu, “Şavi Avaza” komandası ikinci, “Qantiadi” və “Abxaziya Cüdo Akademiyası” komandası isə üçüncü yerin sahibi olub. Qalib komandalar müvafiq keyfiyyətdə medal, diplom və kubok, habelə pul mükafatları ilə təltif olunublar. Turnirin mükafat fondu 30 000 lari idi.

Tədbir Gürcüstan Milli Cüdo Federasiyası və Marneuli İdman Məktəbi, həmçinin Marneuli meriyasının dəstəyi ilə təşkil olunub”, - məlumatda bildirilib.
GAXA.ge