İrakli Qaribaşvili Türkiyədə baş verən partlayışda ölən və xəsarət alanlara görə Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

İstanbuldakı İstiqlal prospektində baş verən partlayışda 53 nəfər yaralanıb və 6 nəfər dünyasını dəyişib. GAXA-nın məlumatına görə, hadisə barədə məlumatı olan Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Twitter” səhifəsində Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğana və həlak olanların ailələrinə Gürcüstan hökuməti və gürcü xalqı adından başsağlığı verib.

Baş nazir partlayış nəticəsində yaralanan insanların tez sağalmasını arzuladığını bildirib və eyni zamanda Türkiyə üçün dua etdiklərini açıqlayıb.

GAXA.ge