Ceyhun Bayramov gürcü həmkarına təşəkkür edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İlya Darçiaşviliyə həmrəylik və dəstəyinə görə təşəkkür edib. GAXA-nın məlumatına görə, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə tviter hesabında yazıb.

“Radikalların Azərbaycanın Londondakı səfirliyinə misli görünməmiş hücumu ilə bağlı telefon danışığında həmrəylik və dəstək ifadə etdiyinə görə Gürcüstandan olan həmkarım İlya Darçiaşviliyə təşəkkür edirəm”, – Ceyhun Bayramov qeyd edib.

Qeyd edək ki, Gürcüstanın Xarici İşlər Nazirliyi avqustun 4-də Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribatı pisləyib. Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili hadisə ilə əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək tam dəstəyini ifadə edib.

İlya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək baş vermiş hadisəni pislədiklərini, Azərbaycanın yanında olduqlarını və tam dəstək verdiklərini açıqlayıb.

Xatırladaq ki, avqustun 4-də bir qrup radikal dini dəstə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edib.

GAXA.ge