Ərdoğan Putini Türkiyədə Zelenski ilə görüşə dəvət edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kreml rəhbəri Vladimir Putini Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə dəvət edib. GAXA-nın məlumatına görə, bu barədə “Hürriyet” xəbər verir. Ərdoğanın sözlərinə görə, hazırda vacib olan planın effektiv şəkildə həyata keçirilməsi və müsbət atmosferin İstanbulda danışıqlara qayıtması istiqamətində konkret addımlara çevrilməsidir.

"Mən vurğulayıram ki, müharibədə qalib olmayacaq. Yerdəki çətinliklərə baxmayaraq, böhranın danışıqlar masası arxasında həll olunacağına da qəti inanıram. Mən cənab Putinə bir daha xatırlatdım ki, biz onun Zelenski ilə görüşünü təşkil edə bilərik"- Ərdoğan bildirib.

Əvvəl xəbər verildiyi kimi, Kreml Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ukrayna ilə sülh danışıqlarında vasitəçi hesab edir. Bununla belə, Moskva Kiyevlə barışıq şərtlərini yüngülləşdirməyi planlaşdırmır.

Həmçinin Rusiya hakimiyyəti bank, enerji və sənaye sektorlarında sanksiyaların qarşısını almaq üçün Türkiyəyə müraciət edib.

GAXA.ge