Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri istefa verir

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze tutduğu vəzifəni tərk edir. GAXA-nın məlumatına görə, bu məlumatı Səhiyyə naziri Zurab Azaraşvili Palitranews telekanalının efirində təsdiqləyib.

Onun sözlərinə görə, Amiran Qamkrelidzenin səlahiyyətlərini səhiyyə nazirinin müavini Tamar Qabunia yerinə yetirəcək.

“Təsdiq edirəm ki, mən bu dəyişikliyi təsdiqləmişəm və yaxın günlərdə o, müvafiq bəyanatla nazirliyə müraciət edəcək və xanım Tamar Qabunia artıq öz vəzifələrini yerinə yetirəcək.

Onun sözlərinə görə, Amiran Qamkrelidze şəxsi ərizəsi əsasında istefa verir.

GAXA.ge