Azərbaycanın Londondakı səfirliyinə hücum olub

Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycanın səfirliyinə radikal dini qruplaşma tərəfindən hücumun təşkil olunduğu bildirilib. GAXA-nın məlumatına görə, bu barədə “TRT-Georgian” yazır.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, radikal qrup onların Londondakı səfirliyinə daxil olaraq vandalizm törədib, binanın eyvanından dini bayraqlar asıb və radikal şüarlar səsləndirib.

Nazirliyin bəyanatında o da bildirilir ki, yerli polisin müdaxiləsindən sonra radikal qruplaşma üzvləri həbs edilib, səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.

Artıq məsələ ilə bağlı ilk rəy Türkiyədən gəlib. Xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Ceyhun Bayramovla telefonla əlaqə saxlayıb, baş verənləri qətiyyətlə pisləyib və tam dəstəyini bildirib.