“Qisas” cavab əməliyyatı nəticəsində bir sıra əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb

“Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. GAXA-nın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

MN-nin məlumatına görə, əməliyyatlar Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazidə aparılıb.

Xatırladaq ki, Azərbaycan bu əməliyyatı qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan mövqelərini atəşə tutmasından və nəticədə bir Azərbaycan əsgərinin şəhid olmasından sonra başlayıb.

Digər tərəfdən, Azərbaycan Müdafiə Nazirliyi əməliyyatların videogörüntülərini yayıb.

GAXA.ge