Batumidə trayler bələdiyyə avtobusuna çırpılıb

Batuminin Tamar Mepe prospektində trayler bələdiyyə avtobusuna çırpılıb. Qəza nəticəsində sürücü və 5 sərnişin xəsarət alıb. GAXA-nın məlumatına görə, hadisə yerinə çağırılan təcili yardım briqadası avtobus sürücüsünü Tibb Mərkəzinə, sərnişinləri isə Medalfa klinikasına çatdırıb. Sürücünün vəziyyəti stabildir. Həkimin sözlərinə görə, zərərçəkənlər tezliklə klinikanı tərk edəcəklər. Xəsarət alan sərnişinlərə gəlincə, üç nəfərin xəsarətləri yüngüldür və artıq evə buraxılıblar, yüngül beyin silkələnməsi olan iki nəfər isə hələ də klinikada qalır.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Batumi-Kobuleti avtomobil yolunda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

GAXA.ge