Gürcüstanda 6400-ə yaxın Rusiya şirkəti qeydiyyatdan keçib

Transparency International Georgia (TI Georgia) təşkilatının araşdırmasına görə, 2022-ci ilin mart, aprel, may və iyun aylarında Gürcüstanda 6400-ə yaxın Rusiya şirkəti qeydiyyatdan keçib. GAXA-nın məlumatına görə, bu da 2021-ci ilin illik göstəricisindən 7 dəfə çoxdur. Təşkilatın məlumatına görə, Gürcüstanda ümumilikdə 13500 Rusiya şirkəti qeydiyyatdan keçib və onların yarısı Ukraynada müharibə başlayandan sonra qeydiyyatdan keçib.

Araşdırmaya görə, 2018-ci ildə 2022-ci ilə qədər maksimum 1180 şirkət qeydə alınıb. Bundan əlavə, təşkilat qeyd edir ki, 2020-2021-ci illərdə pandemiya səbəbindən Rusiya şirkətlərinin qeydiyyatı azalıb, 2021-ci ildə ümumilikdə 920 Rusiya şirkəti qeydiyyatdan keçib.

“2022-ci ildən Rusiya şirkətlərinin Gürcüstanda qeydiyyatı xeyli artıb ki, bu da açıq şəkildə Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Bəzi Rusiya vətəndaşları yaşamaq və bizneslə məşğul olmaq üçün Gürcüstana köçüblər. Bu ilin yanvar-fevral aylarında 190, martda 2140, apreldə 1563, mayda 1351 və iyunda 1175 Rusiya şirkəti qeydiyyatdan keçib. Ümumilikdə 2022-ci ilin mart-iyun aylarında 6419 Rusiya şirkəti qeydiyyatdan keçib. Belə ki, təkcə 2022-ci ilin mart-iyun aylarında bütün 2021-ci illə müqayisədə 7 dəfə çox şirkət qeydiyyata alınıb”, - deyə araşdırmada bildirilir.
TI-nin məlumatına görə, mart ayından etibarən qeydiyyatdan keçmiş şirkətlərin 93%-i (5990) fərdi sahibkarlardır. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə qeydiyyatdan keçmiş Rusiya şirkətləri arasında fərdi müəssisələrin payı 51% təşkil edib. Fərdi sahibkarların 98%-nin gürcü olmayan ad və soyadları var.

GAXA.ge