Papuaşvili: Rusiyadan Gürcüstana yaxşı gəlirləri olan gənclər gəlir

“Gürcüstanda anti-Qərb kampaniyasının aparılması ölkəmizə qarşı dezinformasiyadır. Bu hibrid müharibənin məqsədi hakimiyyəti sarsıtmaqdır. Onlar özləri yanlış təsəvvürlər yaradırlar və onlara qarşı mübarizə aparırlar”. GAXA-nın məlumatına görə, bu sözləri - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib. 

O, Gürcüstanın Rusiyadan iqtisadi asılılığı ilə bağlı QHT-lərin araşdırmasına da münasibət bildirib. Papuaşvilinin sözlərinə görə, Gürcüstana gələn turistlərin sayı baxımından heç nə dəyişməyib və 2020-2021-ci illərin rəqəmləri ilə müqayisənin əhəmiyyəti yoxdur, çünki qeyd olunan dövr ərzində dünya pandemiya ilə bağlı məhdudiyyətlərə məruz qalıb.

“Enerji baxımından Aİ ölkələri ilə müqayisədə biz Rusiya bazarından ən az asılıyıq. Həm də Rusiya ilə ən az əlaqəmiz var, hətta aramızda diplomatik əlaqələr də kəsilib, bu nə ilə bağlıdır?

Ziyarətçilər baxımından heç nə dəyişməyib. Onlar 2020-2021-ci illərlə müqayisə edirlər, lakin bunun əhəmiyyəti yoxdur. O vaxt pandemiya var idi və dünyada hərəkət başqa idi. Buna görə də xüsusi bir şey yoxdur. Bu kampaniya ksenofobiyaya çevrilib və mən təəccüblənirəm ki, bu işdə siyasi partiyalarla yanaşı, qeyri-hökumət təşkilatları da iştirak edir. Araşdırmaya görə, Gürcüstana yaxşı gəlirləri olan gənclər Rusiyadan gəlirlər. Bu, bizim ölkədəki sabitliyi istədikləri üçün Rusiyanı tərk edən orta təbəqədir”, - Papuaşvili bildirib.

GAXA.ge