Salome Zurabişvili II İliya ilə görüşüb

Gürcüstan Prezidenti Salome Zurabişvili bütün Gürcüstanın katolikos-patriarxı II İliyanı ziyarət edib. GAXA-nın məlumatına görə, bu barədə məlumat Gürcüstan Patriarxlığının saytında dərc olunub.

Patriarxlıqdan verilən məlumata görə, görüş bu gün baş tutub.

“Prezident II İlya həzrətlərini İlioba bayramı münasibətilə təbrik edib, həmçinin Vatikanda keçirilən tədbirdən danışıb, gürcü mədəniyyətinin yüksək səviyyədə təqdim olunmasının vacibliyini vurğulayıb.

Salome Zurabişvili Qudauridə baş vermiş faciə və Samtavis və Kaspi yepiskopu Damianenin (Xufeni) ölümündən təəssüfləndiyini bildirib”, - məlumatda deyilir.

GAXA.ge