Marneulidə yaşayış binasında baş verən hadisənin yeni təfərrüatları məlum olub

Marneulidə yaşayış biinasının 5-ci mərtəbəsindəki eyvan uçub. GAXA-nın məlumatına görə, hadisə yerində olan sakinlər binanın 5-ci mərtəbəsinin eyvanı uçduğunu və 4-cü mərtəbənin eyvanı da dağıldığını bildiriblər. Hadisə nəticəsində iki nəfər qadının həlak olduğu bildirilib. Onlardan biri hamilə olub.

Ölənlərdən biri eyvanda dayanan 40 yaşlı qadındır və eyvanın çökməsi nəticəsində o, yerindəcə dünyasını dəyişib. Ölən ikinci şəxs hamilə qadındır. Hadisə zamanı bir nəfər azyaşlı da yaralanıb. Ona tibbi yardım göstərilir.

Məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanları, təcili yardım maşınları, məhkəmə-tibb ekspertləri və xilasedicilər səfərbər olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin mədən, tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan 240-cı maddəsi ilə istintaq başlayıb. Araşdırma aparılır.

***
Məlumata görə, dünən Marneulidə beşmərtəbəli binada uçqun zamanı həlak olan iki nəfər qadından hamilə olan bir qadının uşağı sağ qalıb. Həkimlərin bildirdiyinə görə, qadının uşağı qeysəriyyə üsulu ilə xilas edilib.

GAXA.ge