Gürcüstanın paytaxtında Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd olunub

Gürcüstanın paytaxtında Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd olunub. GAXA-nın məlumatına görə, bu gün 1918-ci ildə yaradılmış Azərbaycanın Silahlı Qüvvələr Gününun 104 illik tarixi var. İyunun 26-da müzəffər Azərbaycan Silahlı Qüvvələrin zəfər dolu tarixinin 104-cü ildönümü münasibətilə Tiflisdəki Heydər Əliyev parkında bu əlamətdar günə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Tiflisdəki abidəsi önünə gül dəstələri qoyulub və onun xatirəsi ehtiramla yad edilib.

Azərbaycanın Silahlı Qüvvələr Gününun 104 illik tarixinə həsr olunmuş tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimov, hərbi attaşe aparatının zabitləri, Türkiyə səfirliyinin  hərbi attaşe rəhbəri Burak Altunay və səfirlik əməkdaşları iştirak ediblər.

GAXA.ge