Qaribaşvili: Mən istefa vermək fikrində deyiləm, bu, tamamilə absurddur

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sözlərinə görə, o, istefa vermək fikrində deyil. Qaribaşvilinin izah etdiyi kimi, o, xalq tərəfindən təsdiqlənmiş mandatı alıb və “xalqa və ölkəyə xidmət etməyə” borcludur.

“İstefaya gəlincə, təbii ki, getmirəm, bu, tamamilə absurddur. Əksinə, komandamızın üzərinə götürdüyü bütün öhdəlikləri tam yerinə yetirməyə borcluyuq. Xatırlatmaq istəyirəm ki, komandamız 8-ci dəfə seçkilərdə layiqincə qalib gələrək, xalqımıza, ölkəmizə xidmət etmək üçün xalqdan təsdiq edilmiş mandat aldıqdan sonra ötən ilin fevralında Baş nazir oldum. Deməli, sizin sualınız da yersizdir”, – Qaribaşvili bildirib.
GAXA.ge