Gürcüstanda bir həftə ərzində 616 yeni koronavirus hadisəsi qeydə alınıb, 1 xəstə ölüb

“İyunun 13-dən iyunun 19-u daxil olmaqla, Gürcüstanda 616 yeni koronavirus hadisəsi qeydə alınıb, daha 1 xəstə ölüb”. GAXA-nın məlumatına görə, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzi bildirib. Qeyd olunub ki, 482 nəfər koronavirusdan sağalıb.

Ölkədə 78 650 test aparılıb, nəticədə 72 494 sürətli antigen testi və 6 156 PCR testi əldə edilib. Həftəlik test dövründə koronavirusun aşkarlanması üçün müsbətlik nisbəti 0,78% təşkil edir.

GAXA.ge