Acarıstanın Xulo rayonunda yaşayan müsəlman qadının 105 yaşı var

105 yaşlı Xudus Şavadze Acarıstanın ən yaşlı sakinlərindən biridir. O, 1917-ci ildə anadan olub və Yuxarı Acarıstanın Xulo bələdiyyəsinin Mesxeti silsiləsinin cənub yamacında yerləşən Didaçara kəndində yaşayır. GAXA-nın məlumatına görə, bu barədə “NetGazeti” məlumat verib.

Son bir neçə ildə onun yaddaşı zəifləməyə başlayıb, lakin Xudus Şavadze yaxşı xatırlayır ki, o, Xulonun fəxri uzunömürlü sakinlərindən biridir və həmişə onu ziyarət etməyə gələn qonaqlarla uzunömürlülük haqqında həvəslə söhbətə başlayır.

“Gün başlayır və balkona çıxır, burada təmiz hava udmağı sevir. Günün çox hissəsini balkonda keçirir. Biz ona havanın artıq soyuq olduğunu və içəri girməyin daha yaxşı olduğunu deyəndə, imtina edir. O, açıq havada olmağı üstün tutur”, – Xudus Şavadzenin nəvəsinin həyat yoldaşı Teona Şavadze deyir.

Teonanın bizə dediyi kimi, Xudus Şavadzenin öz övladı yox idi və o, ərinin qardaşı oğlunu öz oğlu kimi böyüdürdü. Uzunömürlü qadının əri təxminən 30 il əvvəl dünyasını dəyişib. Hudusun iki nəvəsi, altı nəticəsi və bir kötücəsi var. Teonanın özünün dörd övladı var, Xudus Şavadze onların hamısını böyütməyə kömək edib.

105 yaşında olan qadın qamışın köməyi ilə müstəqil hərəkət edir. O, müsəlmandır və əsasən qara çadra örtür. Son illər o, namaz qılmır, amma həmişə oruc tutur. Bu il o, həmçinin bir ay oruc tutub",- deyə Teona bizə məlumat verdi.

Onun sözlərinə görə, Xudus Şavadze heç vaxt şirniyyat yemir, meyvələri, xüsusən də alma və çiyələyi çox sevir.

GAXA.ge