Bu gün Azərbaycanın ilk baş nazirinin qətlinin 102-ci ildönümüdür

Bu gün Gürcüstan paytaxtındakı Nəbadat bağında uyuyan Fətəli Xan Xoyskinin xatirəsi ehtiramla anılıb. GAXA-nın məlumatına görə, bu gün Azərbaycanın ilk baş nazirinin qətlinin 102-ci ildönümüdür.

GAXA-nın məlumatına görə, tədbirdə Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, Tiflisdəki Nəbadat bağında Azərbaycanın görkəmli şəxsiyyətlərinin qəbirləri var. Gürcüstanda yaşayan, eləcə də Azərbaycandan Tiflisə gələn rəsmi dövlət və hökumət nümayəndələri, ziyalılar vaxtaşırı olaraq bu müqəddəs bağda uyuyan görkəmli şəxsiyyətlərin müqəddəs məzarlarını ziyarət edir və onların xatirələrini ehtiramla yad edirlər.

Xatırladaq ki, Fətəli Xan Xoyski 1920ci ilin iyulun 19-da Tiflisdə fəaliyyət göstərən “Daşnaksütun”  partiyasının üzvləri tərəfindən arxadan atəş açaraq öldürülüb.

GAXA.ge