Sən şəhidlik zirvəsində parlayan bir ulduzsan...

Allah sənə rəhmət eləsin, Mübariz! Sən şəhidlik zirvəsində parlayan bir ulduzsan! Səni Vətən, el-oba heç zaman unutmayacaq! Sənə dualar oxuyacağıq! Rahat yat. Vətən oğlu! Təkbaşına neçə-neçə düşməni yerə sərdin. Buna səni Vətən sevgisi məcbur elədi. Vətən torpaqlarının işğal altında olmasını sinirə bimirdin. Bu günkü tarixdə sən şəhid olubsan. Şəkillərə baxırıq, heç inanmırıq ki, belə bir cəngavər oğul bu dünyada yoxdur. Sən bu gün bizimləsən, ürəyimizdə yaşayırsan, qəlbimizdə həmişə sənə məhəbbət, sevgi var və bu həmişə olacaq! Hazırda Mübarizlərimizin sayəsində Azərbaycan torpaqları geri alınıb və biz indi səni yada salırıq! Allah sənə rəhmət eləsin, Mübariz!
GAXA.ge