“Ceyran” Azərbaycan Milli Rəqs ansamblı Beynəlxalq Televiziya Xeyriyyə Festivalında iştirak edib

Bu gün “Ceyran” Azərbaycan Milli Rəqs ansamblının üzvləri Həmkarlar İttifaqları Mədəniyyət Mərkəzində Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş Beynəlxalq Televiziya Xeyriyyə Festivalında iştirak edib. GAXA-nın məlumatına görə, tədbirdə Gürcüstan, Almanya, Polşa, Ermənistan, İrandan gəlmiş rəqs ansamblları iştirak ediblər. Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı gənc oğlan və qızlardan ibarət ,"Ceyran" Azərbaycan Milli Rəqs ansamblının üzvləri tədbirdə Azərbaycan Respublikasını təmsil ediblər.

Beynəlxalq Televiziya Xeyriyyə Festivalının iştirakçısı Nailə Paşayevanın Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinə (GAXA.ge) məlumatına görə, 20 nəfərdən ibarət ansamblın peşəkar üzvləri tərəfindən tədbir çərçivəsində nümayiş etdirilən Azərbaycan xalqına məxsus olan “Üzundərə,”, “Xarıbülbül”, ”Qarabağ” rəqsləri sürəkli alqışlara səbəb olub. “Ceyran” ansamblının gənc üzvləri digər dövlətlərin rəqs ansambllarından daha məharətlə çıxış ediblər. Beynəlxalq konfransda daha böyük uğurlar əldə edən “Ceyran” ansamblının hər bir üzvü Müstəqillik Günündə medal və diplomlara layiq görülüb. Tədbirdə ansambllar arasında daha çox fərqlənən “Ceyran” Azərbaycan Milli Rəqs ansamblı isə konfransın kubokuna, medal və diplomuna layiq görülüb.

Qeyd edək ki, Gürcüstanda yaşayan azərbaycanlı məktəbli gənclər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən gənc rəqqasələrdən təşkil olunmuş milli rəqs ansamblının rəhbəri Ceyran Qurbanovadır. Onun illər uzunu yetişdirdiyi rəqqasələr və rəqqaslar dəfələrlə müxtəlif ölkələrdə təşkil olunan festivallarda və xeyriyyə konsertlərində peşəkarlıqla çıxış edərək həm Azərbaycanı, həm də Gürcüstanı təmsil ediblər.

Bu gün Azərbaycan rəqs havalarını böyük məharət və peşəkarlıqla konfransda Azərbaycanı təmsil edən “Ceyran” milli rəqs ansamblının gənc üzvlərinin sevincinin həddi-hüdudu səhnə boyu böyük alqış sədaları ilə qarşılanıb.

Gənc rəqqasələrin sevincinin səbəbi onların beynəlxalq festivalda əldə etdikləri qələbə Gürcüstanın və doğma Azərbaycan Respublikasının Müstəqilliyinə böyük töhfə olub. Alqış sədalarını sevinc sədaları ilə qiymətləndirən ansambl üzvləri “Fəxr edirik ki, Azərbaycanlıyıq! “Qarabağ Azərbaycandır!”sözlərini uca səslərlə vurğulayıblar.

26 May Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş Beynəlxalq Televiziya Xeyriyyə Festivalında „Ceyran“ Azərbaycan Milli Rəqs ansamblının üzvlərinin nümayiş etdikləri “Xarı Bülbül”, “Qarabağ” və “Uzundərə” rəqsləri yaddaşlara hopub.

Konsertdə “Ceyran“  ansamblından başqa Almaniya, İran, Polşa, Gürcüstan və Ermənistan ansamblları da çıxış ediblər.

Beynəlxalq Televiziya Xeyriyyə Festivalında Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov öz çıxışında 26 May Gürcüstanın Müstəqillik Günü münasibətilə gürcü xalqını təbrik edib.

GAXA.ge