Azərbaycan səfirliyi Gürcüstanın Müstəqillik Gününü təbrik edib

26 may tarixində Azərbaycanın Gürcüstandakı səfirliyi özünün Facebook səhifəsində Gürcüstanın Müstəqillik Gününü təbriklə qeyd edib. GAXA-nın məlumatına görə, səfirliyin səhifəsində deyilir: “Gürcüstanın Müstəqillik Gününün qeyd edilməsinə ürəklə qoşuluruq. 104 il əvvəl İlk Respublikalarımız tən bərabər yaradılmışdır. Bu gün biz həm xalqlarımızın, həm də bütün bölgənin rifahı naminə strateji əlaqələrimizi inkişaf etdirməyə davam edirik. Müstəqillik Günün mübarək və qarşıdan gələn uzun illər boyu uğurlar, dost Sakartvelo!”

Qeyd edək ki, nəinki bu gün, eləcə də ötən günlərdə Azərbaycan səfirliyi Gürcüstanın Müstəqillik Günü bayramına həsr edilmiş təntənəli tədbirlərdə iştirak edib, həm Azərbaycan, həm də Gürcüstan xalqının rifahı vvə dostluğu naminə xoş sözlər bildirib.

GAXA.ge