Dünyada qaçqınların sayı 100 milyonu ötüb

“Dünyada qaçqınların sayı ilk dəfə olaraq Ukraynadakı müharibə də daxil olmaqla 100 milyonu ötüb” - deyə BMT bildirir. GAXA-nın məlumatına görə, bu barədə BMT xəbər verib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, insanlar hərbi və mülki münaqişələr, təqiblər, insan hüquqlarının pozulması və ya digər bu kimi səbəblərə görə ölkələrini tərk etməyə məcbur olublar.

Məlumata görə, bu sıçrayışın katalizatorlarından biri Rusiyanın Ukraynada apardığı müharibə olub. BMT ekspertlərinin hesablamalarına görə, münaqişə başlayandan bəri 14 milyondan çox ukraynalı qaçqın düşüb. Onların altı milyona yaxını ölkəni tərk edib, daha səkkiz milyonu məcburi köçkünə çevrilib.

Məcburi Köçkünlər Mərkəzinin (IDMC) hesabatına görə, dünya üzrə qaçqınların sayı artıq dünya əhalisinin bir faizini ötür.

GAXA.ge