“Meymun virusu” ən azı 12 ölkədə 80-dən çox insana yoluxub

“Meymun virusu” ən azı 12 ölkədə 80-dən çox insana yoluxub. GAXA-nın məlumatına görə, bu barədə BBC yazır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, daha 50 şübhəli hadisə araşdırılır. İnfeksiya Avropanın doqquz ölkəsində, həmçinin ABŞ, Kanada və Avstraliyada təsdiqlənib.

“Meymun virusu” ən çox ucqar Mərkəzi və Qərbi Afrikada yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, son epidemiyalar qeyri-endemik ölkələrdə baş verdiyi üçün atipikdir.

ÜST-nin Avropa Regional Direktoru Hans Klug, "Yay mövsümünə qədəm qoyduqca, kütləvi mitinqlər, festivallar və şənliklər virusun yayılmasını sürətləndirə bilər",-deyə bildirib.

GAXA.ge