Gürcüstan Milli Kitabxanasının direktoru intihara cəhd edib

Gürcüstan Milli Parlament Kitabxanasının direktoru, yazıçı Giorgi Kekelidze intihara cəhd etdikdən sonra xəstəxanaya yerləşdirilib. GAXA-nın məlumatına görə, bu barədə bu gün gürcü  mətbuatında məlumat yayılıb. Məlumata görə, 38 yaşlı Kekelidze Tiflisdəki klinikalardan birinə aparılıb. Jurnalistlər təfərrüatları açıqlamaqdan çəkinirlər.

Bu gün səhər saatlarında Kekelidzenin Facebook səhifəsində intihar qeydinə bənzər status yazıb. Müəllif uzun müddətdir ki, depressiya ilə mübarizə apardığını və bu yaşamağa davam etmək istəmədiyini bildirib. O, ölümündə heç kimi günahlandırmamağı xahiş edib - tanışları ilə sağollaşıb, yaxınlarından bağışlanmasını istəyib.

Cəmi bir saat ərzində Facebook istifadəçiləri yazıya 6000-dən çox şərh yazıblar. Kekelidzenin tanışları onunla əlaqə saxlaya bilmədiklərini yazıb və faktla bağlı 112 Təcili Əməliyyat Mərkəzinə məlumat veriblər.
Qeyd edək ki,  yazıçı Giorgi Kekelidzenin "Quriya Gündəlikləri" kitabı Azərbaycan dilinə tərcümə olunub. Onun təşəbbüsü ilə Milli Kitabxanada Azərbaycan şair və yazıçılarının kitablarından ibarət guşə də açılıb.

GAXA.ge