Rusların Gürcüstana daxil olması üçün əsaslandırma tələb olunmur

Rusların Gürcüstana quru sərhədlərindən keçmək üçün rəsmi internet portalında sərəncam dərc edilib. GAXA-nın “RİA Novosti” xəbər agentliyinə istinadən məlumatına görə,  hüquqi məlumatlara əsasən, quru sərhədlərindən Gürcüstana getmək üçün daha əsaslandırma tələb olunmur.

Əvvəllər Rusiyanın Gürcüstanla quru sərhədini keçmək üçün səfərin məqsədinin təhsil, iş, müalicə və ya digər üzürlü səbəblər olduğunu sübut etmək tələb olunurdu.

Bu və digər ölkələr üçün bu cür məhdudiyyətlər hökumətin 27 mart 2020-ci il tarixli 763-r nömrəli qərarı ilə tətbiq edilib ki, bu da koronavirus pandemiyası ilə əlaqədar avtomobil, dəmir yolu, piyada və digər keçid məntəqələrində nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırıb.

Yeni sənədə əsasən, artıq Gürcüstana, eləcə də Ukrayna ərazisində Rusiya tərəfindən işğal olunmuş “DNR” və “LNR” birləşmələrinə daxil olmaq üçün əsaslandırma tələb olunmur. Əvvəllər bu cür məhdudiyyətlər qondarma Abxaziyaya, Cənubi Osetiya (Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş əraziləri), Monqolustan, Qazaxıstan və Çinə münasibətdə ləğv edilmişdi.

Xatırladaq ki, Gürcüstana ən çox səfər edən ölkələr arasında Rusiya ikinci yerdədir. Türkiyə birinci yerdədir, onun vətəndaşları Gürcüstana 140 minə yaxın səfər edib ki, bu da ötən illə müqayisədə 94,6% çoxdur.

Ümumilikdə, bu ilin ilk dörd ayında Gürcüstana 820 mindən çox səfər edilib ki, bu da 2021-ci illə müqayisədə 272,3% çoxdur.

GAXA.ge