Sameba kəndində yenə zəlzələ baş verib

Bu gün Tiflis vaxtı ilə saat 21:14-də Sameba kəndində 4,4 (ML) gücündə zəlzələ baş verib. GAXA-nın məlumatına görə, zəlzələnin gücü ətraf rayon və şəhərlərdə, o cümlədən Marneulidə az hiss edilib. GAXA-nın məlumatına görə, bu barədə Yer Elmləri üzrə Milli Mərkəz və Milli Seysmik Monitorinq Mərkəzi xəbər verib.

GAXA.ge