Qazaxda "Aşıq sənəti və yazılı ədəbiyyat" mövzusunda Beynəlxalq elmi konfrans keçirilib

Dünən Qazax şəhərində AMEA-nın Folklor İnstitutu, Qazax rayon İcra Hakimiyyəti və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə Aşıq Şəmşir və Səməd Vurğunun xatirəsinə həsr edilmiş "Aşıq sənəti  və yazılı ədəbiyyat" mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. GAXA-nın məlumatına görə, yüksək səviyyədə baş tutan beynəlxalq elmi konfransda Özbəkistan, Qazaxıstan, Türkiyə və Gürcüstandan gələn elm adamları, folklor biliciləri çıxış ediblər. 

Qeyd edək ki, elmi konfransda çıxış edən alimlər əvvəlcədən mövzu ilə bağlı məqalələrini tədbir təşkilatçılarına göndəriblər. Konfransdan sonra "Aşıq sənəti  və yazılı ədəbiyyat" mövzusuna aid məqalələr kitab halında nəşr olunaraq iştirakçılara paylanılacaq.

GAXA.ge