Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Gürcüstanda yaşayan azərbaycanlılar üçün maraq kəsb edib

Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı haqqında Gürcüstan Azərbaycanlı Xəbər Agentliyi (GAXA.ge) və dünyada müxtəlif dillərdə olan mətbuatlar da məlumat yayıb. GAXA-nın məlumatı Gürcüstanda yaşayan azərbaycanlılar üçün maraq kəsb edib.

Azərbaycan mətbuatının yayımladığı xəbərdə bildirilib ki, V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri “Şuşa ili elan edilib və bu gün Şuşada davam edən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı şəhərin 270 illiyinə həsr olunub. Festival Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.

Qeyd edək ki, festival mayın 12-də başlayıb və mayın 14-də başa çatacaq. Bildirilib ki, ilk festival 1989-cu ildə may ayında keçirilib və sayca beşinci tədbirdir.

Xatırlatmaq yerinə deşər ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyinə həsr olunub.

GAXA-nın məlumatına görə, sabah başa çatacaq tədbirdə xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən təcrübəli və məşhur musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən folklor kollektivləri həvəs və sevinclə iştirak edirlər.

GAXA.ge